İsrailin daxili kəşfiyyat xidməti “Şin Bet”in keçmiş direktoru Ronen Bar 7 oktyabr hücumundan əvvəl xəbərdarlıq edildiyi barədə iddiaları təkzib edib və Baş nazir Benyamin Netanyahunu onu ittiham etdiyinə görə məhkəməyə verəcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Netanyahu ABŞ-da yerləşən “X” sosial media platformasındakı paylaşımında Misirin 7 oktyabr hücumundan əvvəl İsraili Qəzzadan mümkün hücum barədə xəbərdar etdiyi iddialarını yenidən təkzib edib.
Netanyahu bu məsələni gündəmə gətirən şəxslərin böhtana görə məsuliyyətə cəlb edilməsi barədə göstəriş verdiyini bildirib.
İsrailin Baş naziri keçmiş “Şin Bet” rəhbəri Ronen Barın 7 oktyabr hadisələri ilə bağlı uğursuzluqlara görə məsuliyyət daşıdığını iddia edib. Netanyahu bildirib ki, Bar ona məlumat vermək üçün əlaqə saxlamayıb, ərazidəki təcili yardım qruplarına və İsrail ordusunun bölmələrinə xəbərdarlıq etməyib.
Netanyahu həmçinin bu iddiaların seçkilər ərəfəsində siyasi rəqibləri və Fələstin dövlətinin yaradılmasını istəyən xarici dövlətlər tərəfindən gündəmə gətirildiyini irəli sürüb.
Aytən Yaşar/ Turkustan.az