Çindən Yaponiyaya sərt xəbərdarlıq: “Gələcəyi olmayacaq”


Çinin xarici işlər naziri Vanq Yi Yaponiyaya xəbərdarlıq edib ki, ölkə İkinci Dünya Müharibəsi dövründəki təcavüzkar keçmişindən dərs çıxarmasa və müharibədən sonrakı qaydalara meydan oxuyaraq militarizmə qayıtsa, gələcəyi olmayacaq.

Turkustan.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Vanq Yi Pekində Yapon Beynəlxalq Ticarətin Təşviqi Assosiasiyasının (JAPIT) prezidenti Takeşi İvayanı qəbul edib.

Görüşdə Vanq Yi qeyd edib ki, bu il İkinci Dünya Müharibəsindən sonra yapon müharibə cinayətkarlarının mühakimə olunduğu Tokio Məhkəməsinin 80-ci ildönümüdür.

Çinli nazir bildirib ki, Yaponiya tarixdən dərs çıxarmasa, müharibədən sonrakı “Sülh Konstitusiyası”na meydan oxusa, təcavüzkar keçmişini dirçəltməyə və müharibə cinayətkarlarını yenidən gündəmə gətirməyə çalışsa, nə gələcəyə doğru irəliləyə, nə də dünya ilə üz-üzə qala biləcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ