ABŞ Prezidenti Donald Tramp Tehrana nüvə güzəştləri müqabilində sanksiyaların yumşaldılması və dondurulmuş vəsaitlərin buraxılmasının təklif edildiyi barədə iddiaları təkzib edib.
Turkustan.az xəbər verir ki, Tramp bununla bağlı paylaşımında “Bu doğru deyil. Mən onlara HEÇ NƏ TƏKLİF ETMƏMİŞƏM” yazıb.
Trampın açıqlaması “Axios”un ABŞ və İran arasında danışıqların bərpası ilə bağlı yaydığı xəbərin ardından gəlib.
“Axios”un adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən verdiyi xəbərə görə, Qətər və Pakistan vasitəçiləri bu həftə ABŞ və İran arasında razılaşma əldə olunması üçün danışıqları yenidən başladıb.
Rəsmilərin sözlərinə görə, Tramp İranın nüvə proqramı ilə bağlı konkret addımlar atması müqabilində Tehrana qarşı sanksiyaların yumşaldılmasına və dondurulmuş İran vəsaitlərinin buraxılmasına hazır olduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az