Tələbələri hədələyən şəxslər polisə çağırıldı


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) yeni qəbul olunan tələbələr ilə bağlı sosial şəbəkədə paylaşılan video ilə bağlı araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətindən bildirib ki, sosial şəbəkədə yayılan görüntülərdə adı keçən şəxslər Yasamal RPİ-yə dəvət olunub.

Onlarla profilaktik söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib.

Həmçinin gələcəkdə bu kimi hallara yol verməmələri barədə xəbərdarlıq olunub.


MANŞET XƏBƏRLƏRİ