Zelenski-Tramp görüşünə hazırlıqlar başladı


Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski ilə Donald Tramp arasında Nyu-Yorkda görüşün keçirilməsi üçün hər iki ölkənin komandaları hazırlıq işləri aparır.

Turkustan.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi sentyabrın 16-da keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, hazırda tərəflər görüşün mümkünlüyü və gündəliyi üzərində işləyirlər. Məqsəd görüşün mümkün qədər məzmunlu və səmərəli keçirilməsini təmin etməkdir.

Tixi bildirib ki, Zelenskinin Nyu-Yorka səfəri çərçivəsində ABŞ-Ukrayna münasibətləri ilə bağlı digər görüşlərin keçirilməsi də nəzərdə tutulur.

“Burada təkcə ABŞ Prezidenti ilə görüşü deyil, həm də Konqres nümayəndələri, işgüzar dairələr və ABŞ-dakı Ukrayna icması ilə təmasları nəzərdə tuturam. Yəni, gündəm daha genişdir”, - deyə XİN sözçüsü bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ