ABŞ bazalarına İran zərbələri: Yeni fotolar yayıldı


ABŞ-ın CBS News telekanalı İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Yaxın Şərqdəki ABŞ hərbi mövqelərinə dəyən ziyanı əks etdirən yeni fotolar yayımlayıb.

Turkustan.az xəbər verir ki, CBS News fotoları anonim qalmaq şərtilə ABŞ hərbçiləri tərəfindən təqdim edildiyini bildirib.

ABŞ hərbçilərindən biri telekanala açıqlamasında bazalara ciddi ziyan dəydiyini və bunun Amerika ictimaiyyətinə açıqlanmadığını iddia edib.

“Bu, bazalarımıza dəyən ciddi ziyandır və Amerika xalqına bildirilməyib. Biz orada gözlərimizi yumub dayanmışıq və üzümüzə yumruq dəyib”, - deyə hərbçi bildirib.

Digər açıqlamasında isə o, “Biz bu bazaları müdafiə etmirik. Sadəcə onların yox olmasını izləyirik”, - deyib.

Yayımlanan fotolardan birində İranın Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hava Bazasına hücumu zamanı Boeing E-3 təyyarəsinə dəyən ziyan əks olunub. Fotoda təyyarənin ciddi şəkildə zədələndiyi və demək olar ki, tamamilə məhv olduğu görünür.

İranın ABŞ bazalarına vurduğu ziyanın fotosu çəkilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ