Kallas: “Sülhə yeganə maneə Rusiyadır”


Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ukrayna ilə Rusiya arasındakı müharibədə sülhə maneənin Ukrayna deyil, Rusiya olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Kallas bu barədə Avropa Parlamentində Rusiyanın hərbi təcavüzünün artması fonunda Ukraynaya Aİ-nin təcili dəstəyinə dair keçirilən debat zamanı danışıb.

O, Avropa İttifaqında, o cümlədən Avropa Parlamentinin bəzi üzvləri arasında Ukraynanın sülhə mane olduğu barədə fikirlərin səsləndiyini qeyd edib.

“Bilirəm ki, Avropa İttifaqında, xüsusən də Avropa Parlamentinin bəzi üzvləri Ukraynanı nədənsə sülhə maneə hesab edirlər. Ona görə də sizə deyirəm: gözlərinizi açın - sülhə yeganə maneə Rusiyadır”, - deyə Kallas vurğulayıb.

Kallas həmçinin Rusiyanın Ukraynada son günlər həyata keçirdiyi hücumların miqyasına və şiddətinə diqqət çəkib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ