Ukrayna ordusu Rusiyanın nəzarətində olan Krımdakı Saki Hərbi Aerodromuna zərbə endirdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Ukrayna ordusunun yaydığı yazılı açıqlamada gecə saatlarında Rusiya ordusuna məxsus bir sıra hədəflərə hücumlar həyata keçirildiyi bildirilib.
Açıqlamaya görə, Saki Hərbi Aerodromunda yerləşən Rusiyaya məxsus Su-24 təyyarəsi hədəfə alınıb. “Zərərin miqyası dəqiqləşdirilir”, - deyə bəyanatda qeyd olunub.
Ukrayna ordusu həmçinin Donetsk, Luqansk və Zaporojye bölgələrinin Rusiyanın nəzarətində olan ərazilərində yerləşən pilotsuz uçuş aparatları mərkəzləri, sursat və yanacaq anbarlarının da hədəfə alındığını bildirib.
Aytən Yaşar/ Turkustan.az