Fransanın Baş naziri Sebastyan Lekornu ölkəsinin artıq bütün xərcləri maliyyələşdirmək imkanına malik olmadığını bildirib və nazirlikləri 2027-ci il büdcəsi çərçivəsində qənaət etməyə çağırıb.
Turkustan.az xəbər verir ki, Fransada 2027-ci il büdcə layihəsi ilə bağlı müzakirələrin gələn ay Parlamentdə başlaması gözlənilir.
Milli medianın məlumatına görə, Lekornu nazirliklərə 2027-ci il büdcəsi ilə bağlı məktub göndərib.
Məktubda müdafiə xərcləri istisna olmaqla, dövlət xərclərinin 2026-cı il büdcəsi ilə eyni səviyyədə saxlanılması istənilib. Nazirliklərə isə qənaət tədbirləri görmək çağırışı edilib.
Son aylarda iqtisadi və beynəlxalq vəziyyətin pisləşdiyi qeyd olunan məktubda dövlət xərcləri ilə bağlı, “Artıq hər şeyi maliyyələşdirmək üçün imkanlarımız yoxdur, amma yenə də seçim azadlığımız var”, - deyə bildirilib.
Aytən Yaşar/ Turkustan.az