Hakan Fidan Arakçi ilə danışdı: Bölgədəki vəziyyət müzakirə edildi


Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Arakçi ilə telefon danışığı aparıb.

Turkustan.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, telefon danışığı zamanı son hücumlar və davam edən danışıqlar fonunda bölgədəki vəziyyət müzakirə olunub.

Tərəflər Yaxın Şərqdə baş verən son hadisələr, artan gərginlik və diplomatik təmaslarla bağlı fikir mübadiləsi aparıblar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ