Şotlandiya, Uels və Şimali İrlandiyanın millətçi liderləri Birləşmiş Krallıqdan ayrılmaq istiqamətində birgə addım atıblar.
Turkustan.az xəbər verir ki, Kardiffdə görüşən liderlər müstəqillik yolunda əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.
Şotlandiya Milli Partiyasının (SNP) lideri Con Svinni, Plaid Cymru lideri Rhun ap İorvert və Sinn Fein lideri Mişel O'Nil birgə mətbuat konfransında “Vestminster dövrünün başa çatdığını” və siyasi mənzərənin artıq dəyişdiyini bildiriblər.
Qeyd olunub ki, hər üç regionda ilk dəfə eyni vaxtda millətçi liderlər hakimiyyətdədir.
Tərəflər daha güclü və ədalətli iqtisadiyyat qurmaq, enerji resurslarından daha səmərəli istifadə etmək və regionların gələcəyinin Avropa İttifaqı daxilində olmasını təmin etmək üçün birgə fəaliyyət göstərmək barədə razılığa gəliblər.

Aytən Yaşar/ Turkustan.az