Trampdan İrana sərt mesaj: “Sizə etibar etmirəm”


ABŞ prezidenti Donald Tramp İranla aparılan danışıqlar fonunda Tehrana etibar etmədiyini bildirib.

Turkustan.az xəbər verir ki, Ohayodan Vaşinqtona qayıdarkən jurnalistlərin suallarını cavablandıran Tramp İranın danışıqlar prosesində ABŞ-a dəfələrlə “yalan danışdığını” iddia edib.

“Mən İrana etibar etmirəm. Niyə elə danışırsınız ki, sanki mən İrana etibar edirəm? Mən İrana etibar edəcək sonuncu insanam. Onlar mənə daim yalan danışıblar”, – deyə Tramp bildirib.

Tramp həmçinin Hörmüz boğazı üzərində nəzarətin ABŞ Hərbi Dəniz Qüvvələrinin əlində olduğunu iddia edib.

“Hazırda Hörmüz boğazı üzərində tam nəzarətimiz var. Onlar yox, biz tamamilə nəzarət edirik. Bu, bizimdir”, – deyə ABŞ prezidenti vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ