Bu gün Fransanın “Pari Sen-Jermen” (PSJ) klubu UEFA Superkuboku uğrunda İngiltərənin “Aston Villa” klubu ilə qarşılaşacaq.
Turkustan.az xəbər verir ki, matç Avstriyanın “Red Bull Arena” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
PSJ matçda Çempionlar Liqasının qalibi kimi iştirak edəcək. “Aston Villa” isə Avropanın ikinci ən böyük klub yarışı olan Avropa Liqasının qalibi kimi Superkubok uğrunda mübarizə aparacaq.
Finalda PSJ İngiltərənin “Arsenal” klubuna (1-1; penaltilərdə 4-3), “Aston Villa” klubu isə Almaniyanın “Frayburq” klubuna (3-0) qalib gəlib.
Qeyd edək ki, PSJ UEFA Superkubokunu yalnız bir dəfə qazanıb. Ən çox Superkuboku qazanan klub isə yarışda altı qələbə qazanan “Real Madrid”dir.
UEFA Superkuboku tarixində ən çox mükafat qazanan məşqçi isə italyan Karlo Ançelottidir - 5 dəfə. Ondan sonra 4 Superkubokla ispaniyalı Xosep Qvardiola (4) gəlir. Əgər PSJ qalib gəlsə, ispaniyalı Luis Enrike üçüncü dəfə UEFA Superkubokunu qazanacaq.
Xatırladaq ki, PSJ və “Aston Villa” sonuncu dəfə 2024/25 mövsümündə Çempionlar Liqasının 1/4 finalında qarşılaşıblar. Parislilər evdə 3-1, “Aston Villa” isə evdə 3-2 hesabı ilə qalib gəliblər. PSJ məhz həmin mövsüm ilk Çempionlar Liqasını qazanıb. /yeniavaz.com/