Rusiya neftinə qarşı yeni sanksiya planı gözləməyə alındı


Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin bu ilin əvvəlində irəli sürdüyü Rusiya xam neftinin dəniz yolu ilə daşınmasına tam qadağa təşəbbüsünün həyata keçirilməsi qeyri-müəyyən olaraq qalır.

Turkustan.az xəbər verir ki, bir sıra siyasi və beynəlxalq amillər səbəbindən sanksiya təşəbbüsü hələlik təxirə salınıb.

Fon der Leyen fevral ayında verdiyi açıqlamada Avropa İttifaqının Rusiya neftinin dəniz yolu ilə daşınmasını tamamilə qadağan etməyi planlaşdırdığını bildirmişdi. Onun sözlərinə görə, bu addım Rusiyanın enerji gəlirlərini azaltmalı və Moskvanın neftinə alıcı tapmasını çətinləşdirməli idi.

Lakin Avropa Komissiyası rəhbəri həmin vaxt bu qadağanın G7 ölkələrinin qərarı ilə uzlaşdırılmasının vacibliyini də vurğulamışdı.

"Gəmiçilik qlobal fəaliyyət sahəsidir. Buna görə də G7-nin qərarından sonra bu tam qadağanı eyni mövqedə olan ölkələrlə koordinasiyalı şəkildə tətbiq etməyi təklif edirik", – deyə, fon der Leyen fevral ayında bildirmişdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ