ABŞ-ın maliyyə naziri Skott Bessent İranla aparılan danışıqların davam etdiyini və Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşmanın yaxın vaxtlarda əldə oluna biləcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Bessent CNBC telekanalına müsahibəsində bildirib ki, tərəflər arasında danışıqlar müsbət istiqamətdə davam edir.
"Bu gün və ya sabah Hörmüz boğazının açılması ilə bağlı razılıq əldə etmək ehtimalımız var", – deyə ABŞ maliyyə naziri vurğulayıb.
Bessent əlavə edib ki, boğazın yenidən açılması qlobal enerji bazarları və beynəlxalq ticarət baxımından mühüm əhəmiyyət daşıyır.
Aytən Yaşar/ Turkustan.az