Pezeşkian: Müharibəni genişləndirmək fikrimiz yoxdur


İran Prezidenti Məsud Pezeşkyan ABŞ-la davam edən gərginliyin daha da artmasını istəmədiklərini, eyni zamanda ölkəsinin ərazi bütövlüyünü və milli maraqlarını qətiyyətlə müdafiə edəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Pezeşkyan bu fikirləri Tehranda keçirilən Milli Ailə Təbabəti Proqramı mərasimində çıxışı zamanı səsləndirib.

ABŞ-ın İrana yönəlmiş hücumlarına toxunan prezident deyib:

"Ərazi bütövlüyümüzü bütün gücümüzlə qoruyacağıq, lakin müharibəni genişləndirmək və ya uzatmaq istəmirik".

Pezeşkyan çıxışında ölkənin səhiyyə sisteminin gücləndirilməsinin əhəmiyyətinə də diqqət çəkib.

Onun sözlərinə görə, "Hərtərəfli səhiyyə sisteminə malik cəmiyyət təhlükə və böhranlara qarşı daha dayanıqlı olur. Səhiyyədə bərabərliyin təmin edilməsi ölkənin səmərəli idarə olunması və davamlı inkişafı üçün əsas şərtlərdən biridir".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ