Prezident İlham Əliyevin Sərəncamı ilə Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Turkustan.az Naim Cahidzadənin dosyesini təqdim edir:
Naim Etibar oğlu Cahidzadə 18 avqust 1989-cu ildə Şahbuz rayon Kolanı kəndində anadan olub.
1995-2006-ci illərdə Şahbuz rayon Kolanı kənd tam orta məktəbində oxuyub.
2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində maliyyə və kredit ixtisası üzrə bakalavr, 2011-2014-cu illərdə magistratura təhsili alıb.
Əmək fəaliyyətinə 2011-ci ildən Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində tyutor kimi başlayıb. 2014-2018-ci illərdə “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsində dekan müavini, 2018-2021-ci illərdə həmin universitetin İdarəetmə fakültəsində dekan vəzifəsində işləyib.
2016-2019-cu illərdə AMEA Naxçıvan bölməsinin dissertantı olub.
2021-2023-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb. 14 sentyabr 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini, 21 fevral 2024-cü ildə isə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub./modern.az