Erməni deputat: “Azərbaycanlılar Qərbi Azərbaycana qayıtmaqdan danışırlar”


“Azərbaycan tərəfindən təklif edilən Ermənistan Konstitusiyasının layihəsi bizim müsbət rəyimizi almayacaq”.

Turkustan.az xəbər verir ki, bu barədə jurnalistlərə verdiyi müsahibədə "Güclü Ermənistan" Partiyasının nümayəndəsi Narek Karapetyan bildirib.

“Rəsmi Bakının Ermənistan Konstitusiyası ilə bağlı son tələbləri və hakim partiyanın "Müxalifətdə ölkənin maraqları naminə hərəkət edən insanlar var" açıqlamaları ilə bağlı suala Karapetyan istehza ilə belə cavab verib: “Hansı ölkənin maraqları naminə?”

Deputat referendum keçirmək üçün "Güclü Ermənistan" fraksiyasının razılığının tələb olunduğunu vurğulayıb: “Konstitusiyamızın necə olacağına qərar vermək onların (Azərbaycanın-red.) işi deyil. Biz sülh müqaviləsinə doğru irəliləyirik, bu lazımdır, amma gələcək təhdidlərə bir çox qapını bağlamalıdır.

Əmin olun ki, bütün siyasi addımlarımız sülhə yönələcək, lakin etnik dəyişikliklərə imkan verməyəcək. Onlar burada heç kim olmasa da, qayıtmaqdan danışırlar, uşaqlara “Qərbi Azərbaycan” anlayışını öyrədirlər”, - deyə Karapetyan bildirib.

O, “Güclü Ermənistan” tərəfindən irəli sürülən simvolik “Səfərov əleyhinə qanun”un qonşuların Ermənistanda əmlak almasını məhdudlaşdıran qanunun olmaması səbəbindən zəruriliyini xatırladıb. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ