"Nizami" - "28 May" arasında avtobuslarda gediş haqqı nə qədər olacaq?


Avqustun 15-dən Bakı metropoliteninin "Nizami" və "28" May" stansiyaları arasında fəaliyyət göstərəcək ekspress və digər sərnişin avtobuslarında gediş haqları hələlik müəyyən edilməyib.

Turkustan.az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bununla bağlı hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə danışıqlar aparılır:

"Nəqliyyatın yükü və məsafə araşdırılır, qiymətlərlə bağlı müəyyən işlər görülür. Avqustun 15-dək bu müzakirələr başa çatacaq və gediş haqları açıqlanacaq"./oxu.az


MANŞET XƏBƏRLƏRİ