Litva Rusiyadan təzminat tələb edəcək


Litvanın xarici işlər naziri Kestutis Budris Rusiyanın hücumları nəticəsində Kiyevdə yerləşən Litva səfirliyinə dəyən zərərə görə kompensasiya tələb etmək ehtimalını istisna etmədiyini bildirib.

Turkustan.az xəbər verir ki, bu barədə Delfi nəşri xəbər yayıb.

Nazirin sözlərinə görə, səfirliyə dəyən ziyanın həcmi hazırda mütəxəssislər tərəfindən qiymətləndirilir.

Budris qeyd edib ki, Litva Ukrayna ərazisində vurulan zərərlərin qiymətləndirilməsi, qeydiyyata alınması və kompensasiya mexanizmlərinin yaradılması istiqamətində beynəlxalq hüquqi təşəbbüsləri fəal şəkildə dəstəkləyir.

"Zərərlərin Reyestri artıq yaradılıb. Hazırda müraciətlərə baxacaq komissiya formalaşdırılıb və Litva da bu prosesdə iştirak edir. Zədələnmiş əmlaka görə kompensasiya tələb etmək imkanı mövcuddur", – deyə Budris Litva Seymində jurnalistlərə açıqlamasında bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ