Müharibə yayılır! Ən böyük Körfəz dövləti zərbə aldı


ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra Yaxın Şərqdə gərginlik artmaqda davam edir.

Turkustan.az xəbər verir ki,Vaşinqton və Tehran arasında danışıqların nəticəsiz qalması bölgədə təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirib.

İranın dəstəklədiyi Yəməndəki Husi hərəkatı Səudiyyə Ərəbistanına qarşı yeni əməliyyat həyata keçirdiyini açıqlayıb.

Husilərin yaydığı bəyanatda bildirilib ki, Səudiyyə Ərəbistanının Nəcran hava limanı kamikadze pilotsuz uçuş aparatı ilə hədəfə alınıb.

Bununla belə, iddia edilən hücumla bağlı Səudiyyə Ərəbistanı və ya İran rəsmiləri tərəfindən hələlik rəsmi təsdiq və ya açıqlama verilməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ