Türkiyənin İzmir əyalətinin Menderes bələdiyyəsində korrupsiya istintaqı çərçivəsində bələdiyyə sədri İlkay Çiçek də daxil olmaqla 21 nəfər saxlanılıb.
Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.
İzmir əyaləti Prokurorluğundan bildirilib ki, sözügedən şəxslər mənfəət əldə etmək məqsədi ilə tikiliyə icazə verməkdə, rəsmi sənədlərin saxtalaşdırılmasında, rüşvət almaqda, vəzifədən sui-istifadə etməkdə və başqa cinayətləri mütəşəkkil şəkildə törətməkdə ittiham olunurlar. /globalinfo.az/