İran İslam inqilabının lideri Şəriətmədari


Mirişli Elşən
Gəncə şəhəri, tarixçi

III Yazı
Böyük Ayətullah Məhəmməd Kazım Şəriətmədari İran İslam inqilabının lideri və başçısı idi. Şəriətmədari və onun tərəfdarları İran Azərbaycanının muxtariyyəti uğrunda mübarizə aparırdılar.Müsəlman Xalq Respublikası Partiyası və ya İslam Xalq Respublikaçı Partiyası 1979-cu ilin martında bazar tacirlərinin,ora təbəqəyə məxsus siyasətçilərin və Xomeyninin əsas rəqibi hesab edilən Böyük Ayətullah Şəriəətmədariyə bağlı din adamlarının iştirakı ilə yaradılmışdır.Partiya İslam inqilabı dönəmində yəni 1979-cu ildə İslamçı və teokrat İslam Respublikaçı Partiyasına qarşı olarak mötədil və liberal xüsusiyyətlər üzərində qurulmuşdu. İslami Respublika Partiyasından fərqli olaraq, Müsəlman Xalq Respublikası Partiyası kollektiv dini rəhbərliyi üstün tuturdu və bu prinsipi ilə Xomeyninin rəhbərliyinə qarşı çıxırdı.Partiya,Azərbaycan türkləri ilə assosiasiya olunmaq və onlar üçün etnik haqlar tələb etməklə yanaşı,inqilab komitələrinin qanunsuz davranışlarını və inqilab məhkəmələrini sərt cəzalandırmalarını tənqid edirdi və dünyəvi təşkilatlarla əməkdaşlıq etməyə hazır olduğunu bildirir,mətbuatın hər kəsə açıq olmasını tələb edirdi.Partiyanın yaradılmasından qısa müddət sonra onun Azərbaycan ərazisindəki Kərəc,Ərak,Savə,Ərdəbil və Xalxaldakı qollarına hücumlar həyata keçirildi.

1979-cu ilin noyabrından etibarən bu partiya və onun dinlənmə sinfindən olan məsləhətçisi Şəriətmədari (o rəsmi şəkildə partiya üzvü deyildi) bütün İranda yeni kostitusiyaya qarşı çıxan şəxslərin birləşdiyi partiyaya çevrildi.Bu konstitusiya yaxın zamanda keçiriləcək referendumda səsverməyə çıxarılmalı idi.Bu məsələlər fonunda 6 dekabrda Ruhulla Xomeyni Şəriətmədari ilə görüşdü və bəzi iddialara görə,ona “ultimatum” verdi.
Müsəlman Xalq Respublikası Partiyası bütün İran xalqını sıralarına qoşulmağa çağırsa da,üzvləri əsasən Azərbaycan sakinləri və Tehran şəhərinin türk əhalisindən təşkil edilmişdi.Partiyanın proqramında ölkənin ərazi bütövlüyünü nəzərə almaqla ölkənin əsas kütləsini təşkil edən Azərbaycan türklərinə haqların verilməsi nəzərdə tutulurdu.Partiyanın qəzeti farsca dərc edilsə də,daha çox Azərbaycan məsələləri ilə maraqlanırdı və hakimiyyətin ədəmi-mərkəziyyət prinsipinə əsaslanmasını istəyirdi.Şəriətmədari partiyanın rəsmi şəkildə rəhbəri və ya üzvü olmasa da,yaxın əlaqələrə sahib idi və onun oğlu Həsən partiyanın rəhbərlərindən biri idi.Həm partiya,həm də Şəriətmədari vilayəti-fəqh,bütün hakimiyyətin bir ali dini lider ətrafında cəmləşdirilməsinə və yeni dini konstitusiyaya qarşı idi.Bəzən partiya ilə Şəriətmədari arasında müəyyən narazılıqlar da yaşanırdı.Məsələn,İranın konstitusiyasını yazmalı olan Mütəxəsislər Məclisinə olan seçkilərdə onların fikirləri ziddiyyət təşkil etdi.Şəriətmədari konstitusiyanın komitə tərəfindən hazırlanmasına etiraz edir,bunun əvəzinə konstitusiyanın tamamilə seçilmiş üzvlərdən olan assembleya tərəfindən müəyyənləşdirilməsini tələb edir və seçkiləri baykot etməyə çağırırdı.Lakin partiyanın Azərbaycandakı yerli qolu konstitusiyanın etnik haqlarını təmin edəcəyinə inamının ümidin az olmasına və məhdud çərçivəyə baxmayaraq,seçkilərdə iştirak etmək istəyirdi.
Mütəxəsislər Məclsi toplanırkən partiyanın Azərbaycan qolu aktiv şəkildə Azərbaycanda Əyalət Məclisinin qurulmasını təbliğ edirdi.1979-cu ilin sentyabrında partiyanın Azərbaycan qolu olan Azərbaycan Birləşmiş Xalq Partiyası əyaləti təmsil etmək üçün parlament təşkilatı qurmağa çağırdı.İran Azərbaycanından olan məşhur siyasətçilərdən Müqəddəm Marağayi Mütəxəsislər Şurasına bu layihəni təqdim etdi.Yerli partiyanın müraciətində bildirilirdi:
Əyalət Məclisinin və İran Xalq Məclisinin yaradılması bütün hakimiyyətin mərkəzi hökumətin əlində cəmləşməsini önləyəcək və mərkəzi əyalətlərin qanunverici gücünü zəiflədəcək.Belə bir qurumun yaradılması İran xalqları arasında əsl bərabərliyə nail olunmasına yardım edəcək.
Brenda Şaffer bu bəyanəti belə dəyərləndirir:
Bu fəaliyyət və Bəyanət İranda əyalətlərin və azlıqların təmsilçiliyinin genişləndirilməsi istəyini və Azərbaycanın vilayətlər üçün geniş qərar qəbul etmə istəyini nümayiş etdirir.
Yeni konstitusiyanın referenduma çıxarılması ərəfəsində Təbrizdə Şəriətmədarinin adından guya onun konsitusiyanı dəstəkləməsi barədə fətva verildiyini bildirən saxta xəbərlər yayıldı.İnsanlar bunun saxta olduğunu sonradan başa düşdülər və bu Təbrizdə böyük etirazlara və ya üsyana yol açdı.Bundan sonra müxtəlif bölgələrdən insanlar Təbrizə axın edərək növbəti gün Müsəlman Xalq Respublikası Partiyası tərəfindən təyin edilmiş mitinqə hazırlaşmağa başladılar.Elə bu zaman Şəriətmədarinin Qumdakı evinə hücum edildiyi və onun mühafizəçilərindən birinin öldürüldüyü xəbəri insanları daha da qəzəbləndirdi.Beləliklə,6 dekabr mitinqi təkcə təzə konstitusiyaya yox, eyni zamanda Şəriətmədarinin evinə edilmiş hücuma etiraza çevrildi.Hökumət orqanlarına hücum edən təbrizlilər Təbriz radiosunu da ələ keşirdilər.Nümayişçilərin tələbləri və hərəkətlərinin intensivliyi göstərir ki,konstitusiya məsələsi və Şəriətmədarinin üzərinə hücum onların rejim əleyhinə fəaliyyətləri üçün təkan rolunu oynayırdı.Etirazın əsas səbəbləri sırasına Azərbaycan əyalətlərlərinə göndərilən məmurların təyinatı və mətbuat məsələsi idi.Etirazçıların mülki hava limanını ələ keçirməsindən sonra şəhərdə olan ordu etirazçılara müdaxilə etməkdən imtina etdi.Bundan başqa,şəhərdəki ordu birləşmələrindən bəziləri,xüsusən hərbi hava qüvvələrinə mənsub olan əsgərlərin bir qismi etirazçılara qatıldılar və Şəriətmədarini dəstəkləməyə başladılar.
Təbrizdəki əhalinin üsyanından sonra qısa bir müddət sonra Urmiya və Ərdəbildə də etirazlar başladı.Yerlərdəki Müsəlman Xalq Respublikası Partiyası qolları Şəriətmədarini Xomeyni ilə olan mübarizəsində dəstəklədiklərini bildirdilər.Təbrizdəki etirazlardan ruhlanan Urmiya sakinləri kommunikasiya qülləsini ələ keçirməyə çalışsalar da,bunu son anda bacara bilmədilər.Ərdəbil yaxınlığındakı Germi məntəqəsində yerli əhali bütün hakimiyyət orqanlarını ələ keçirməyi bacardı.Həbsxanadakı bütün məhbuslar azad edildi və onların yerinə inqilabdan sonra yaradılmış İslam İnqilab Keşikçiləri Korpusunun yerli mənsubları salındı.
Üsyançılar öz əyalətlərininin işlərini idarə etmək istədiklərini bildirdilər.Məsələn,radiodan elan edilən və Müsəlman Xalq Respublikası Partiyası tərəfindən hazırlanmış bəyanatda həm Ayətullah Xomeyninin,həm də mərkəzi hökumətin nümayəndələrinin Azərbaycandan qovulması tələb edilirdi.Təbriz nümayişləri zamanı nümayiş iştirakçılarından yalnız Azərbaycan türkcəsində danışmağı tələb edirdilər,əgər kimsə farsca danışmağa cəhd etsəydi o,dərhal etirazla qarşılanırdı.
Üsyan Xomeyninin Şəriətmədarini təhdid edib Azərbaycan Milli hərəkatının önünə keçməsini əngəlləməsindən sonra ciddi ziyan gördü.6 dekabrda 1979-cu ildə qatı fars faşist mollası olan Xomeyni Şəriətmədarinin evini ziyarət etdi.Görüş zamanı o,Şəriətmədariyə bildirdi ki,İslam İnqilab Şurası şəhərdəki hökumət evlərinin və kommunikasiya qülləsinin 24 saat içində boşaldılmayacağı təqdirdə Təbrizi bombardman edilməsi barədə qərar qəbul etmişdir.Bununla eyni zamanda İnqilab Keşikçiləri Korpusunun bölmələri helikopterlə Təbriz Universitetinin həyətinə daxil oldular. Şəriətmədari döyüşsüz təslim olmaq barədə qərar qəbul etdi.Azərbaycanda soyqırım olmasını istəməyən Şəriətmədarinin göstərişi ilə Azərbaycan yalnız elan edildi.
Şəriətmədarinin müraciətindən sonra 9 dekabr tarixində təbrizlilər ələ keçirdikləri obyektləri hökumət qüvvələrinə təhvil verdilər.Hakimiyyəti ələ alan Xomeyni Müsəlman Xalq Respublikası Partiyası mərkəzlərinə basqınlar etməyə və onun aktivislərini həbs etməyə başladı.13 dekabrda Təbrizdə 700 min insan Şəriətmədarini dəstəkləyən nümayiş keçirdi. Etirazçıların tələblərindən biri də qeyri-türk əsgərlərin Azərbaycan ərazisindən çıxarılması idi.12 yanvar 1980-ci ildə Müsəlman Xalq Respublikası Partiyasının 11 liderinin edam edilməsindən və İnqilab Keşikçiləri Korpusunun partiyanın ofislərini ələ keçirməsindən sonra toqquşmalar daha da artdı.
1979-cu ilin dekabrında yaşananlar İrandakı Azərbaycan türklərinin yeni rejimə münasibətlərinin formalaşmasında mühüm yer tutdu.İnqilabın onların dillərinə və kültürlərinə olan qadağaları ləğv edəcəyini düşünsələr də aldadıldılar.İranda rəsmi dövlət tərəfindən aparılan “Vahid İran milləti” nəzəriyyəsinə görə ölkədə yaşayan qeyri-fars xalqların mövcudluğu inkar edilir.
1982-ci ilin aprelində siyasətçi Sadiq Qütbzadə hərbi zabitlər və din xadimləri ilə Xomeyninin evini bombalamaq,hakimiyyəti devirmək planı hazırlamaqda ittiham olunaraq həbs edilmişdir.Qütbzadə Xomeyninin həyatı ilə bağlı hər hansı niyyəti olmadığını demiş,onun İslam Respublikasını devirmək deyil,hökuməti dəyişməyə çalışdığını iddia etmişdir.O,işgəncə altında olduğu zaman Ayətullah Şəriətmədarinin plandan xəbərdar olub,sui-qəsd cəhdinin uğurla baş tutacağı təqdirdə pul və xeyir dua vəd etdiyini iddia etmişdir. Şəriətmədari saxlanılmış və təhqiramiz rəftara məruz qalmışdı.Hərbi inqilab məhkəməsinin sədri Məhəmməd Reyşəhriyə görə,Şəriətmədari bu zaman şillələnmişdir.Şəriətmədari sonradan həbs olunan kürəkənini edamdan xilas etmək üçün televiziyaya çıxaraq sui-qəsddə iştirakını etiraf etmiş və Xomeynidən uzr istəmişdir.
Əslində,Şəriətmədari sui-qəsd planlarından xəbərdar idi,lakin güman etmişdir ki,əgər o, bu barədə məlumatlıdırsa,deməli hakimiyyət də bunu bilir,ona görə eşitdiklərini hökumət dairələrinə bildirməmişdir.Bundan başqa Şəriətmədarinin fəal şəkildə Xomeynini devirərək hakimiyyəti ələ almağa çalışdığı fikri onun din xadimlərinin siyasi vəzifə tutmalı,bunu siyasətçiləri yönləndirməli olduğu ilə bağlı qəti prinsipial inancı ilə tamamilə uyğunsuzluq təşkil edirdi.Odur ki,bir çox Azərbaycan türkü fəal Şəriətmədarinin Xomeyni ilə qarşı-qarşıya gəlmək və siyasi hərəkətə keçmək istəməməsindən narazıılıq edərək tez-tez şikayət edirdilər.
Xomeyni bu sui-qəsd hadisəsindən Şəriətmədarini Ayətullah vəzifəsindən məhrum etmək üçün bəhanə kimi istifadə etmişdir.Şəriətmədari 1986-cı ilin 3 aprelində vəfat edənə qədər ev dustaqlığında saxlanılmış və lazımi tibbi yardımdan məhrum edilmişdir.İrandakı Azərbaycan türklərinin əksəriyyəti Şəriətmədarinin ölümündə Xomeynini günahlandırır. Hakimiyyət ruhanilərə Şəriətmədarinin cənazə namazında və dəfnində iştirak etməyə qadağa qoymuşdur.Livandan olan islamçı lider Musa Sədrin qardaşı Rza Sədr bu qadağaya baxmayaraq,dəfndə iştirak etməyə cəhd göstərmiş,lakin həbs olunmuş və dəfndən sonra azadlığa buraxılmışdır.Şəriətmədarinin ev dustağı edilməsinin səbəbi Vilayəti-Fəqh nəzəriyyəsini qəbul etməməsi,digəri isə İranı federal dövlət kimi görmək və Güney Azərbaycan üçün muxtar hüquqlar istəməsi idi.


MANŞET XƏBƏRLƏRİ