Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Oman sahillərində yük gəmisinə hücum edildiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, UKMTO-nun hərbi mənbələrə istinadən yaydığı yazılı bəyanatda bildirilib ki, hadisə Omanın Əl-Hasab şəhərindən təxminən 20 dəniz mili şimal-şərqdə baş verib.
Məlumata görə, ərazidə üzən yük gəmisi VHF 16 radio kanalı vasitəsilə naməlum mərmi ilə vurulduğunu bildirib.
Hadisə ilə bağlı aidiyyəti qurumların araşdırmaya başladığı qeyd olunub.
UKMTO bölgədə fəaliyyət göstərən gəmilərə ehtiyatlı olmaları, hər hansı şübhəli hadisə və ya fəaliyyət barədə dərhal mərkəzə məlumat vermələri barədə xəbərdarlıq edib.
Aytən Yaşar/ Turkustan.az