2030-cu ildən sonra bu olmadan alış-veriş çətinləşəcək


Böyük Britaniyada narazılıq artır.

Turkustan.az xəbər verir ki, buna səbəb BritCard layihəsinə qarşı 2,8 milyon imzanın toplanması olib. Hökumət isə bunu “qanunsuz miqrasiyaya qarşı mübarizə” ilə izah edir. Tənqidçilər isə bildirirlər ki, həmin miqrasət siyasətini vaxtilə elə hökumətin özü təşviq edib.

Lakin BritCard qlobal prosesin yalnız kiçik bir hissəsi kimi təqdim olunur.

Ekspertlərin bir qrupu iddia edir ki, Böyük Britaniyada bu məsələ hələ müzakirə olunduğu halda, dünyanın bir çox ölkəsi artıq rəqəmsal şəxsiyyət sistemlərini tətbiq etməyə başlayıb:

Avropa İttifaqı EUDI Wallet sistemini tətbiq edir və onun geniş istifadəsinin 2026-cı ildə başlaması planlaşdırılır.

İsveçrə e-ID sistemini referendumdan sonra qəbul edib.

Hindistan Aadhaar sistemini üz tanıma funksiyası ilə genişləndirir.

Çin onlayn identifikasiya sistemini işə salıb.

Cənubi Koreya, Vyetnam, Laos, Papua–Yeni Qvineya və Avstraliya da oxşar rəqəmsal identifikasiya layihələrini həyata keçirir.

Meksika 2026-cı ildən biometrik məlumatları özündə əks etdirən məcburi CURP sistemini tətbiq edir.

Efiopiya bank əməliyyatları üçün Fayda adlı rəqəmsal identifikasiya sistemini tələb edir.

Nigeriya NIN, Zambiya isə Dünya Bankının dəstəyi ilə INRIS sistemini genişləndirir.

Bütün qitələrdə ən azı 16 ölkənin eyni istiqamətdə addımlar atması təsadüfi deyil və bunu qlobal rəqəmsal nəzarət sisteminin formalaşdırılması kimi qiymətləndirmək lazımdır. Digər iddialara görə, gələcəkdə biometrik identifikasiya olmadan gündəlik xidmətlərdən və alış-verişdən istifadə etmək çətinləşə bilər. /KONKRET.az/


MANŞET XƏBƏRLƏRİ