Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Lənkəran, Şirvan və Yexlax şəhərlərində inşa etdiyi yaşayış kompleklərindəki güzəştli mənzilləri satışa çıxarır.
Turkustan.az xəbər verir ki, Lənkəran Yaşayış Kompleksi üzrə 1 mənzilin, Şirvan Yaşayış Kompleksi üzrə 528 mənzilin, Yevlax Yaşayış Kompleksi üzrə 6 mənzilin, ümumilikdə 535 mənzilin satışı sentyabrım 4-də, saat 11:00-dan 16:00-a qədər həyata keçiriləcək.
Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. /yenisabah.az/