ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Newsweek jurnalının diqqətçəkən üz qabığını paylaşıb. İllüstrasiyada Tramp nəhəng neft kəşfiyyatçısı kimi təsvir edilib.
Turkustan.az xəbər verir ki, jurnalın üz qabığında "Trump Was Right (About Venezuela)" ("Tramp Venesuela haqqında haqlı idi") ifadəsi böyük hərflərlə yer alıb.
Qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan illüstrasiyada Tramp neft yatağının ortasında nəhəng fiqur kimi təsvir olunub. Safari üslubunda geyimdə, gülümsəyən və qollarını yana açmış vəziyyətdə göstərilən Trampın əlindəki yanacaq nasosundan xam neft axdığı əks olunub.
Paylaşım qısa müddətdə sosial media istifadəçilərinin diqqətini çəkərək geniş müzakirələrə səbəb olub.
Aytən Yaşar/ Turkustan.az