Tramp: Hörmüz boğazı ilə bağlı qərar avqustun 4-də veriləcək


ABŞ Prezidenti Donald Tramp ABŞ ilə İran arasında danışıqların sürətlə davam etdiyini və tərəflərin Hörmüz boğazında normal gəmiçiliyin bərpasını müzakirə etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

"Biz Hörmüz boğazını müzakirə edirik. Onu sabah tam şəkildə açacağıq", – deyə ABŞ Prezidenti bildirib.

Tramp əlavə edib ki, ABŞ boğaz üzərində tam nəzarəti təmin etdiyini hesab edir və İranın gəmilərdən hər hansı ödəniş tələb etməsinə imkan verməyəcək.

"Mən onların heç bir ödəniş tələb etməsinə icazə verməyəcəyəm. Onlar heç bir ödəniş tələb etməyəcəklər. Biz hər hansı ödənişi müzakirə etmirik", – deyə Tramp vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ