ABŞ-ın 25 ştatı Tramp administrasiyasını məhkəməyə verdi


ABŞ-ın 25 ştatı Prezident Donald Tramp administrasiyasının 60 ticarət tərəfdaşından idxal edilən məhsullara tətbiq etdiyi yeni gömrük rüsumlarına qarşı məhkəməyə müraciət edib.

Turkustan.az xəbər verir ki, Kaliforniya Baş prokuroru Rob Bonta, Arizona Baş prokuroru Kris Mayes və Oregon Baş prokuroru Dan Reyfildin rəhbərliyi ilə hazırlanan iddia ABŞ Beynəlxalq Ticarət Məhkəməsinə təqdim olunub.

İddia ərizəsində bildirilir ki, Tramp administrasiyası ötən ay elan etdiyi tarifləri tətbiq edərkən qanunla müəyyən edilmiş səlahiyyətlərini aşıb və 1974-cü il Ticarət Qanununun 301-ci maddəsinə istinad etməklə İnzibati Prosedur Qanununu pozub.

Ştatların baş prokurorları tariflərin kifayət qədər hüquqi və iqtisadi əsaslandırmaya malik olmadığını, məcburi əmək təcrübələri ilə mübarizə məqsədinə xidmət etmədiyini və məhkəmələrin daha əvvəl qanunsuz hesab etdiyi tarifləri yenidən qüvvəyə mindirmək məqsədi daşıdığını iddia ediblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ