Kolumbiya Prezidenti Qustavo Petro İsrailin Baş naziri Benyamin Netanyahunun Seutaya qeyri-qanuni miqrasiya cəhdləri ilə bağlı açıqlamalarına sərt reaksiya verib.
Turkustan.az xəbər verir ki, Petro ABŞ-də yerləşən X sosial media platformasındakı paylaşımında Netanyahunu Mərakeşdən İspaniyanın Şimali Afrikadakı muxtar şəhəri Seutaya yönələn qeyri-qanuni miqrasiya cəhdlərində rol oynamaqda ittiham edib.
Kolumbiya lideri bildirib ki, Mərakeş xalqı diqqətini İspaniyaya deyil, öz ölkəsinin problemlərinə və "Netanyahunun ambisiyalarına" yönəltməlidir. O, həmçinin İspaniyanı tarixi təcrübəsini unutmamağa çağıraraq, faşizmə qarşı müqavimət göstərməyin vacibliyini vurğulayıb.
Petro əlavə edib ki, Qəzzaya hücumlar üçün istifadə olunan maliyyə və resursların indi Avropanın demokratik quruluşunu zəiflətmək məqsədinə xidmət etdiyini iddia edir.
Kolumbiya Prezidenti həmçinin bildirib ki, İsrail hökumətinin siyasəti təkcə Fələstinin deyil, həm də Avropanın demokratik və azadlıq dəyərlərinin gələcəyi üçün təhlükə yaradır.
Aytən Yaşar/ Turkustan.az