"Tarixi an idi" – Zelenski Trampla gizli görüşdən danışdı


Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ABŞ Prezidenti Donald Trampla münasibətlərində dönüş nöqtəsi 2025-ci ilin aprelində Vatikanda, Roma Papası Fransiskin dəfn mərasimi zamanı baş tutan qısa təkbətək görüş olub.

Turkustan.az xəbər verir ki, Zelenski bu fikirləri bloqçu Lori Lumerin X sosial şəbəkəsində paylaşdığı müsahibədən yayımlanan hissədə səsləndirib.

"Söhbətimizin tonu dəyişdi. Romada, Vatikanda dönüş nöqtəsi yaşadıq. Görüş qısa olsa da, həmişə demişəm ki, bu, tarixi bir an idi. Cəmi 15-20 dəqiqə ərzində münasibətlərimizi dəyişə bildik. Ətrafımızda heç kim yox idi, bu, təkbətək görüş idi. Prezident Trampı yenidən görməkdən çox məmnun oldum", – deyə Zelenski bildirib.

Ukrayna liderinin sözlərinə görə, görüş qarşılıqlı anlaşma şəraitində keçib və tərəflər arasında səmimi dialoq baş tutub.

"Mən çox məmnun idim, çünki həyatda bir çox şey məhz belə yaxşı münasibətlərdən asılıdır", – deyə, Zelenski əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ