İstanbul Baş Prokurorluğunun "Ahbaplar Cinayət Təşkilatı" istintaqı çərçivəsində daha altı tanınmış şəxs ifadə verməyə çağırılıb.
Turkustan.az xəbər verir ki, İstintaq çərçivəsində jurnalistlər Fatih Altaylı, Ruşen Çakır və Özlem Gürses, aktrisa Hazal Kaya, komediya aktyoru Şahan Gökbakar və sosial media fenomeni Fatih Koparan prokurorluğa dəvət olunublar.
Qeyd edək ki, istintaqın əvvəlki mərhələsində müğənni Gökhan Özoğuz, jurnalistlər Ece Üner və Fatih Portakal, vəkil Feyza Altun və televiziya proqramı prodüseri Öykü Serter də ifadə verməyə çağırılmışdı.
Onlardan Ece Üner, Öykü Serter, Gökhan Özoğuz və Fatih Portakal artıq İstanbulun Çağlayan Ədliyyəsində prokurorluğa ifadə veriblər.
Aytən Yaşar/ Turkustan.az