Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketi ilə bağlı razılığa gəldi


Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri həftələrlə davam edən danışıqlardan sonra Rusiyaya qarşı 21-ci sanksiyalar paketi ilə bağlı siyasi razılığa gəliblər.

Turkustan.az xəbər verir ki, bu barədə Brüsseldə müzakirələrdən məlumatlı, adının açıqlanmasını istəməyən avropalı diplomat bildirib.

Diplomatın sözlərinə görə, Aİ-yə üzv dövlətlərin səfirlərinin iclasında 21-ci sanksiyalar paketi üzrə siyasi razılaşma əldə olunub. İndi texniki prosedurlar tamamlanacaq və sənədin rəsmən qəbul edilməsi üçün yazılı prosedura başlanılacaq.

Mənbə qeyd edib ki, razılaşmaya əsasən, Rusiya nefti üçün tətbiq olunan qiymət həddi 12 ay müddətinə uzadılacaq.

Bundan əlavə, yeni sanksiyalar Rusiyanın maliyyə sektorunu və kriptovalyuta xidmətlərini də əhatə edəcək. Eyni zamanda, sanksiyalar siyahısı Rusiyanın "kölgə donanması"na aid gəmilər və onların fəaliyyətini dəstəkləyən şirkətləri də əhatə edəcək şəkildə genişləndiriləcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ