Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Qara dənizdəki taxıl dəhlizini iflic etməyə çalışdığını və Ukrayna limanlarını hədəfə aldığını bildirib.
Turkustan.az xəbər verir ki, Zelenski bu barədə İrlandiyanın Baş naziri Mixail Martinlə keçirdiyi birgə mətbuat konfransında danışıb.
Prezidentin sözlərinə görə, Kiyev bir neçə ay əvvəl Rusiyanın taxıl dəhlizini bağlamağa çalışacağını əvvəlcədən proqnozlaşdırmışdı.
"Onlar taxıl dəhlizimizin qarşısını almaq üçün əllərindən gələni edəcəklərini bilirdik. Dünən heç bir gəmi limanlarımıza daxil ola bilmədi. Onlar bütün gəmilərə hücum etdilər və təzyiqi daha da artıracaqlar", – deyə, Zelenski bildirib.
Ukrayna lideri qeyd edib ki, bu təhlükəni nəzərə alaraq hökumət bir neçə ay əvvəl taxıl dəhlizi ilə bağlı məsələlərin koordinasiyası üçün ayrıca məsul şəxs təyin etmək qərarı verib.
Aytən Yaşar/ Turkustan.az