CHP-dən yeni partiya mesajı: Tarix hələ açıqlanmayıb


CHP Qrup sədrinin müavini Murat Əmir yeni partiyanın yaradılması ilə bağlı rəsmi prosedurların davam etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, o qeyd edib ki, hazırda nə partiyanın təsis olunacağı tarix, nə də ona qoşulacaq millət vəkillərinin sayı ilə bağlı açıqlanacaq konkret məlumat var.

Əmir prosesin qısa zamanda mühüm mərhələyə çatacağını vurğulayaraq deyib:

"Bu proses tezliklə bizə ümid bağlayan milyonlarla insanı sevindirəcək və onlara ümid verəcək bir nöqtəyə çatacaq. Millətin qarşısında duranların sonda millətin ayaqları altında əziləcəyini göstərəcəyimiz günlər yaxındır".

Türkiyə Böyük Millət Məclisində keçirdiyi mətbuat konfransında Murat Əmir parlamentdə müzakirə olunan omnibus qanun layihəsinə də münasibət bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ