Hindistanda tunel çökdü: 22 nəfər öldü


Hindistanın şimal-şərqində yerləşən Sikkim əyalətində su elektrik stansiyası layihəsi çərçivəsində tikilən tunelin çökməsi nəticəsində azı 22 nəfər həyatını itirib.

Turkustan.az xəbər verir ki, Hindistan mətbuatının yaydığı məlumata görə, hadisə tikinti işləri zamanı baş verib.

Səlahiyyətlilər bildiriblər ki, dağıntılar altında qalan üç nəfərin xilas edilməsi istiqamətində axtarış-xilasetmə əməliyyatı davam edir. İlkin məlumata əsasən, tuneldə ümumilikdə 25 nəfər olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ