ABŞ-dan açıqlama: Ukrayna ilk dəfə F-16 ilə Rusiya qırıcısını məhv etdi


ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Con Keyn bildirib ki, Ukraynaya məxsus F-16 qırıcı təyyarəsi ilk dəfə hava döyüşündə Rusiya qırıcı təyyarəsini vuraraq məhv edib.

Turkustan.az xəbər verir ki, general bu barədə iyulun 21-də ABŞ Senatının Təxsisatlar Komitəsində keçirilən dinləmələr zamanı danışıb.

"Bu yaxınlarda Ukraynanın F-16 təyyarəsi hava döyüşündə Rusiya qırıcı təyyarəsini məhv etdi. Hesab edirəm ki, tərəfdaşların dəstəyi ilə Ukrayna son illərdə eşelonlaşdırılmış hava hücumundan müdafiə sistemini əhəmiyyətli dərəcədə gücləndirib", – deyə Keyn bildirib.

General həmçinin Ukraynanın müdafiə sənayesinin fəaliyyətini yüksək qiymətləndirib.

"Ukraynalılar öz imkanlarını davamlı şəkildə genişləndirirlər. Bu, həm yerdən-havaya müdafiə sistemlərini, həm də hava-hava döyüş imkanlarını əhatə edir", – deyə, o vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ