Apple süni intellekt sahəsindəki rəqiblərindən biri olan OpenAI-ni ticarət sirlərini mənimsəməkdə ittiham edərək məhkəməyə verib.
Turkustan.az xəbər verir ki, Kaliforniyanın Şimal Dairə Məhkəməsinə təqdim edilən iddiada Apple bildirir ki, OpenAI keçmiş Apple mühəndisləri və dizaynerləri vasitəsilə şirkətə məxsus məxfi aparat məlumatları və yeni nəsil cihaz dizaynlarını qanunsuz şəkildə əldə edib.
İddia ərizəsinə əsasən, OpenAI həmin məlumatlardan bu il təqdim edilməsi gözlənilən süni intellekt əsaslı aparat layihələrinin hazırlanmasında istifadə edib.
Apple məhkəmədə ticarət sirlərindən qanunsuz istifadə və müqavilə öhdəliklərinin pozulması iddialarını irəli sürüb. OpenAI isə səsləndirilən ittihamları rədd edir.
Aytən Yaşar/ Turkustan.az