Ukrayna daha bir yaşayış məntəqəsini itirdi


Ukraynada gərgin döyüşlər davam edir.

Turkustan.az xəbər verir ki, Rusiya ordusu daha bir ərazini zəbt edə bilib. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatına görə, Rusiya Silahlı Qüvvələri Ukraynanın Sumı vilayətindəki Baçevsk yaşayış məntəqəsini nəzarətə götürüb.

Baçevskin Rusiya qoşunlarının "Sever" bölmələri tərəfindən zəbt edildiyi bildirilib.

Xatırladaq ki, iyulun 7-də Rusiya Müdafiə Nazirliyi "Sever" bölmələrinin Xarkov vilayətindəki Petro-İvanovka kəndini nəzarətə götürdüyünü açıqlamışdı./publika.az


MANŞET XƏBƏRLƏRİ