“Demokratiyanı Öyrənmə” İctimai Birliyi İmişlidə məlumatlandırma sessiyaları təşkil edib


“Demokratiyanı Öyrənmə” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Aztəminatlı ailələrə hüquqi yardım” layihəsi çərçivəsində hədəf regionlarda məlumatlandırma sessiyalarını davam etdirir.

QHT.az xəbər verir ki, növbəti belə sessiya İmişli şəhərində yerli vətəndaş cəmiyyəti fəalları və aztəminatlı ailələr üçün təşkil edilib. Birliyin sədri Mirəli Hüseynov iştirakçılara layihə çərçivəsində təklif edilən xidmətlər və bu xidmətlərin hədəf qrupları üçün əhəmiyyəti barədə məlumat verib.

Layihə eksperti Vüqar Hüseynov ölkədə aztəminatlı ailələrin sosial müdafiəsinin güclənməsi ilə bağlı həyata keçirilməkdə olan sosial proqramlar haqqında təqdimatla çıxış etmiş və iştirakçıların suallarını cavablandırıb. Tədbir iştirakçıları həmçinin təklif olunan pulsuz hüquqi yardım xidməti haqqında da məlumatlandırılıblar.

Layihə hüquqşünasının əlaqə koordinatları iştirakçılara təqdim edilmiş, hüquqi yardım xidmətinin predmeti, formaları və müddətləri ilə bağlı ətraflı məlumat verilib.


MANŞET XƏBƏRLƏRİ