Suriyada Makronun otelinin yaxınlığında partlayış baş verdi


Suriyanın paytaxtı Dəməşqdə, Fransa prezidenti Makronun qaldığı otelin yaxınlığında partlayış baş verib.

Turkustan.az xəbər verir ki, Suriyanın paytaxtı Dəməşqdə Turizm Nazirliyinin binası yaxınlığında iki partlayış baş verdiyi bildirilir.Yerli mənbələrin məlumatına görə, paytaxt Dəməşqin ən işlək küçələrindən birində mikroavtobusa və zibil konteynerinə yerləşdirilmiş bomba partlayıb.

Hadisə yerinə çoxsaylı təcili yardım maşınları göndərilib, lakin ölənlərin olub-olmadığı barədə hələlik rəsmi açıqlama verilməyib.

Partlayışın Fransa prezidenti Emmanuel Makronun Dəməşqə səfəri zamanı qaldığı otelin yaxınlığında baş verdiyi bildirilir.

Məlumata görə, partlayış baş verən zaman Makron Suriya prezidenti Əhməd Şara ilə Prezident Sarayında görüş keçirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ