Ankarada keçiriləcək NATO Zirvəsi öncəsi Fransa mətbuatı ABŞ və Avropa arasında Alyans daxilində öhdəliklər və müdafiə xərcləri ilə bağlı fikir ayrılıqlarını gündəmə gətirib.
Turkustan.az xəbər verir ki, “Le Monde” qəzeti yazıb ki, Avropa liderləri sammit zamanı ABŞ Prezidenti Donald Trampı NATO üzrə müdafiə xərclərinin artırıldığına inandırmağa çalışacaqlar. Qəzetin məlumatına görə, Avropa ölkələri Vaşinqtona müdafiə imkanlarını gücləndirmək istiqamətində daha ciddi addımlar atdıqlarını göstərmək istəyirlər.
Fransız mətbuatının yazdığına görə, NATO-nun baş katibi Mark Rutte də Trampa avropalı müttəfiqlərin kollektiv müdafiənin gücləndirilməsinə ABŞ-ın tələblərinə uyğun yanaşdığını nümayiş etdirməyə çalışır.
Tramp daha əvvəl NATO-nu tənqid edərək təşkilatı “kağız pələng” adlandırıb və ABŞ-ın Alyans daxilindəki münasibətlərini “birtərəfli” kimi qiymətləndirib. O, xüsusilə Almaniya olmaqla bəzi müttəfiqləri müdafiə xərclərinin kifayət qədər artırılmamasında ittiham edib.
Aytən Yaşar/ Turkustan.az