Kılıçdaroğlu ona dəstək üçün Ədliyyəyə gəldi, etirazlar alovlandı


Stend-up çıxışları və xüsusilə Quranla bağlı dediklərinə görə mübahisələrə səbəb olan türk komediyaçı Dəniz Göktaş saxlanıldıqdan sonra polis bölməsindəki prosedurlar tamamlanaraq İstanbul Ədliyyəsinə aparılıb.

Turkustan.az xəbər verir ki, onunla bağlı hüquqi prosesə başlanılıb.

Bu arada məhkəmə binasında gərgin anlar yaşanıb.

CHP sədri Kamal Kılıçdaroğlu və Gürsel Tekin Göktaşa dəstək vermək üçün Çağlayandakı İstanbul Ədliyyəsinə gəliblər. Onların binaya daxil olmasından sonra məhkəmə dəhlizlərində gərginlik artıb.

Ədliyyədə gözləyən bəzi vətəndaşlar Kılıçdaroğlu və onu müşayiət edən şəxslərin gəlişinə etiraz edərək “Çıxın!” şüarları səsləndiriblər.

Baş verən gərginliyə baxmayaraq, Dəniz Göktaşla bağlı hüquqi prosesin davam etdiyi bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ