Şaradan geniş müzakirə olunacaq bir qərar! Ona vəzifə verdi


Suriya Prezidenti Əhməd Şara keçid dövründə fəaliyyət göstərəcək 210 yerlik Xalq Məclisinin 70 üzvünü birbaşa təyin edib.

Turkustan.az xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, təyin olunanlar arasında 36 yaşlı aktrisa Rozina Lazkani də yer alıb. O, "Netflix"in məşhur "Əl-Heybə" serialındakı rolu ilə tanınır və bununla da parlamentdə təmsil olunacaq simalardan birinə çevrilib.

Lazkani parlament üzvü təyin olunmasından sonra sosial media hesabında paylaşım edərək Prezident Əhməd Şaraya təşəkkürünü bildirib. Aktrisa ona göstərilən etimadı karyerasının ən mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirib və bu etimadı doğrultmaq üçün səylə çalışacağını vurğulayıb.

2014-cü ildən televiziya sahəsində fəaliyyət göstərən Rozina Lazkaninin indiyədək heç bir dövlət vəzifəsində çalışmadığı qeyd olunur.

Prezident Şaranın birbaşa təyin etdiyi 70 nəfər arasında vətəndaş müharibəsi qurbanlarının yaxınları, keçmiş məhbuslar və Bəşər Əsəd hakimiyyəti dövründə kimyəvi hücumlardan sağ çıxan şəxslər də var.

Şaradan təəccüblü bir seçim! O, məşhur aktrisanı parlament üzvü etdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ