Kilosu 3 minə satılır: kimlər istifadə edə bilməz? - FOTOLAR


Avropanın ən böyük cökə meşələrindən biri olan Bursa şəhərinin Karacabey meşələrində yığım çətin şəraitdə aparılır.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, cökə yığımı bir neçə metr hündürlükdə cəsarət və bacarıqla aparılır. Məhsul yığımı işçiləri budaqlar arasında tarazlıqlarını qoruyaraq çiçəklənən budaqları aşağı salırlar. Bu çətin iş həm dolanışıq uğrunda mübarizəni, həm də təbiətlə ahəngdar işləmək üçün çəkilən əməyi vurğulayır.

Keçən il cökənin hər kiloqramı 1500-2000 Türk Lirəsi arasında satılırdısa, bu il onun 2500-3000 TL civarında olacağı gözlənilir.

Qeyd edək ki, özünəməxsus ətri olan çökənin faydalarını saymaqla bitməz. Belə ki, çökə itihabı azaldır:

Cökə yüksək antioksidan xüsusiyyətləri olan bir bitkidir. Bu antioksidanlar arasında xüsusilə ürək və ürək-damar sistemində iltihaba qarşı təsirli olan aktiv maddə də var. Bunlar sərbəst radikallarla mübarizə aparan və bədəndə iltihabın qarşısını almağa kömək edən cökə çayında olan digər antioksidantlardır. Bu antioksidanlar sayəsində cökə çayı iltihab nəticəsində yaranan xroniki xəstəliklərin qarşısını alır.

Cökə çayının tərkibində ağrı və tutulmaları aradan qaldırmağa kömək edən maddələr var. Bu maddələr baş ağrısı, əzələ spazmları, oynaq ağrılarının aradan qaldırılmasına dəstək ola bilər.

Bundan başqa cökə çayı qayğı səviyyəsini, yüksək qan təzyiqini azaltmağa kömək edə bilər. Ürək sağlamlığını dəstəkləyə bilər. Cökə yuxu keyfiyyətini də yaxşılaşdırır, həzm sisteminə faydalıdır. Soyuqdəymə əlamətlərini aradan qaldırır, sidik ifrazını dəstəkləyə bilər.

Bütün bunlarla yanaşı, cökə istehlakından allergik reaksiya riski var. Belə ki, hamiləlik və laktasiya dövründə qadınlar, ürək xəstəliyi olan şəxslər cökə çayı içməkdən imtina etməlidirlər. Bundan əlavə, dərman qəbul edən insanlar cökə çayı və ya yarpaqlarını istehlak etməzdən əvvəl həkimə müraciət etməlidirlər, çünki cökə bəzi dərmanlarla qarşılıqlı təsir göstərə bilər.


MANŞET XƏBƏRLƏRİ