İran-ABŞ danışıqlarındakı irəliləyiş neftin qiymətini aşağı saldı


Qətərin İran və ABŞ arasında Hörmüz boğazı ilə bağlı dolayı danışıqlarda irəliləyiş əldə olunduğunu açıqlamasından sonra dünya bazarında neftin qiyməti üçüncü gün ardıcıl ucuzlaşıb.

Turkustan.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Brent markalı neftin sentyabr fyuçersləri 77 sent və ya 1,1 faiz ucuzlaşaraq bir barel üçün 70,80 dollara enib. ABŞ-ın Qərbi Texas (WTI) markalı nefti isə 84 sent və ya 1,2 faiz dəyər itirərək 67,74 dollardan satılıb.

Bundan əvvəlki ticarət sessiyasında da hər iki etalon neft markası 1 faizdən çox ucuzlaşaraq son dörd ayın ən aşağı səviyyəsinə düşmüşdü.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, tərəflər arasında iyunda əldə olunan atəşkəs memorandumu ilə bağlı aparılan dolayı danışıqlarda müsbət irəliləyiş qeydə alınıb. Bununla belə, Reuters qeyd edir ki, tərəflərin davamlı sülhə nail olması istiqamətində hələlik konkret irəliləyiş müşahidə olunmur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ