Kiyevə hava zərbəsi: 13 nəfər öldü, 86 nəfər yaralandı


Rusiya ordusunun Kiyevə endirdiyi hava hücumu nəticəsində ölənlərin sayı 13-ə çatıb, yaralıların sayı isə 86 nəfərə çatıb.

Turkustan.az xəbər verir ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti (DSNS) sosial media hesabında Rusiyanın gecə saatlarında Kiyevə hava hücumu təşkil etdiyini bildirib.

Bəyanatda hücumdan zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.

Bəyanatda hücum nəticəsində ölənlərin sayının 13-ə çatdığı və DSNS qrupları tərəfindən 34 nəfərin xilas edildiyi bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ