Paşinyandan Rusiyanı sevindirəcək addım – Böyük dəyişiklik olacaq


“Hakimiyyət kulislərində son 5 gündə ən çox müzakirə olunan mövzulardan biri hakim “Vətəndaş Müqaviləsi” (KP) Partiyasının İdarə Heyətinin dəstəklədiyi Ruben Rubinyanın Milli Məclisin sədri vəzifəsinə namizədliyi olub”.

Turkustan.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.

Hakimiyyətə yaxın mənbələrdən əldə olunan məlumata görə, “Vətəndaş Müqaviləsi” fraksiyasında son daxili kadr dəyişiklikləri və partiya idarə heyətinə keçirilən seçkilərin nəticələri ümumilikdə müsbət qiymətləndirilir:

“Lakin ən böyük maraq məhz Ruben Rubinyanın namizədliyi ətrafında formalaşan konsensusa yönəlib. Fraksiya üzvləri qeyri-rəsmi söhbətlərdə bildirirlər ki, Rubinyan deputatlarla daim həm işgüzar, həm də insani münasibətlər saxlayıb, hər kəs üçün əlçatan və mehriban olub. O, parlament sədrinin müavini kimi ən gərgin siyasi dövrlərdə belə daxili balansı qorumağı bacarıb.

Hakim dairələrdə dolaşan qiymətləndirmələrə görə, Rubinyanın əsas üstünlüklərindən biri onun beynəlxalq əlaqələridir. Söhbət yalnız Avropa siyasi platformalarında qurduğu münasibətlərdən deyil, həm də onun Rusiya siyasi dairələri üçün də qəbulolunan fiqur olmasından gedir.

Bu kontekstdə hazırkı parlament sədri Alen Simonyan ilə müqayisələr də qaçılmaz olur. Hakimiyyət daxilində belə fikirlər səslənir ki, Rusiya rəsmilərinin Simonyana münasibəti heç vaxt birmənalı müsbət olmayıb. Rubinyan isə müxtəlif siyasi mərkəzlərlə daha rahat ünsiyyət qura bilən və daha geniş çevrələr üçün qəbul edilən siyasətçi kimi qiymətləndirilir”.

Qəzet yazıb ki, eyni zamanda, hakimiyyət parlamentdəki “müdafiə xəttini” də yenidən formalaşdırmağa çalışır:

“Parlament sədrinin müavinləri vəzifəsinə Vahaqn Aleksanyan və Hayk Konjoryanın namizədliyi də fraksiya daxilində geniş müzakirə olunur. KP-də hesab edirlər ki, məhz onlar müxalifətlə ən kəskin siyasi qarşıdurmalarda ön cəbhədə dayanacaq və hakimiyyətin əsas siyasi sözçülərinə çevriləcəklər.

Elə buna görə də partiya qadın namizədlərdən Alxas Qazaryan və ya Arusyak Culhakyanı seçməyib. Bildirilir ki, Culhakyan yeni komitə sədri təyin olunub və hazırda həmin vəzifəsini layiqincə yerinə yetirməlidir.

Bütün bunlar onu göstərir ki, parlament rəhbərliyində gözlənilən dəyişikliklər sadəcə kadr rotasiyası olmayacaq. Bu dəyişikliklər hakimiyyətin yeni siyasi hesablamalarını əks etdirə bilər: xarici siyasətdə daha çevik davranmaq, daxili siyasi müstəvidə isə daha sərt və sistemli müdafiə mexanizmləri formalaşdırmaq”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ