Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın Kiyevə həyata keçirdiyi son birgə hücumdan sonra Moskvaya qarşı yeni sanksiyalar təklif edəcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Kallas bildirib ki, Kiyevə qarşı hücumları yalnız qınaq bəyanatları ilə dayandırmaq mümkün deyil. Onun sözlərinə görə, buna yalnız Ukraynaya davamlı hərbi dəstəyin göstərilməsi və Rusiyaya təzyiqin daha da artırılması ilə nail olmaq olar.
Aİ rəsmisi xatırladıb ki, bu həftə Ukraynanın müdafiəsini gücləndirmək məqsədilə ayrılmış 90 milyard avroluq kredit proqramı çərçivəsində ilk ödənişlər həyata keçirilib.
Aytən Yaşar/ Turkustan.az