İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunu itirir


İsrail Vaşinqtonun narazılığı fonunda İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunu itirir.

Turkustan.az xəbər verir ki, bu barədə “Politiko” nəşri mənbələrə istinadla məlumat yayıb.

“Ötən həftə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens İsrailin dünyada az sayda dostu olduğunu və müttəfiqlərinə hücum etməzdən əvvəl iki dəfə düşünməli olduğunu söyləyib. Vensin sözlərinə görə, İsrail beynəlxalq səviyyədə təcrid olunub və ABŞ-da, xüsusən də gənc respublikaçılar arasında ona qarşı münasibət dəyişir”, - məqalədə bildirilib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ